Trampdan casus xəbərinə - Açıqlama


20:58     22 İyul 2019 19_07_22_1563811637.jpg

ABŞ prezidenti Donald Tramp İran hökumətinin Mərkəzi Kəşfiyyat İdarəsinin 17 casusunun ələ keçirilməsi xəbərini yalan adlandırıb.

Femida.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Tvitter səhifəsində yazıb. O, bu informasiyanın növbəti yalan təbliğat prosesi adlandırıb.

Xatırladaq ki, İranın İnformasiya və Milli Təhlükəsizlik Nazirliyi ABŞ kəşfiyyatına işləyən 17 casusun ələ keçirildiyini və onlardan bəzilərinin edam olunacağını bəyan etmişdi.

Açar sözlər:

Oxunub: 433