Sürücü piyada keçidində qadını vurdu, polis hərəkətə keçdi - VİDEO


15:55     23 İyul 2019 19_07_23_1563883053.jpg

Bakıda piyada keçidi qaydalarını pozan sürücünün görüntüləri yayılıb.



Femida.az -ın məlumatına görə, hadisə Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində baş verib.

Videodan aydın olur ki, 99 LP 055 dövlət qeydiyyat nişanlı, “Land Cruiser” markalı avtomobilin sürücüsü piyadaların keçməsinə baxmayaraq, hərəkəti davam etdirir və buradan keçən qadını vurur. Qadının son anda dayanması onu ölümdən xilas edir.

Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, məsələ barədə müvafiq rayon polis şöbəsində araşdırma aparılır.


Açar sözlər:

Oxunub: 381