Sürücünü bıçaqla hədələyib PULLARINI ALDI


17:55     12 Avqust 2021 bicaq_elbeyaxa_00.jpg

Abşeronda sürücüyə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə. bu barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. Belə ki, avqustun 9-da Sulutəpə qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobilin naməlum sərnişini onu bıçaqla hədələyərək 410 manat pulunu alıb avtomobildən düşərək gedib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş A.Lətifov saxlanılıb.

Açar sözlər:

Oxunub: 365