Nazir 6 ayda 450 vətəndaşı qəbul edib
12:00 24 İyul 2019
2019-cu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən 450 vətəndaş (o cümlədən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəli əsasında bölgələrdə keçirilən qəbullar zamanı 276 nəfərin və Nazirliyin inzibati binasında 174 nəfərin) fərdi qaydada qəbul edilib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri və Aparat rəhbəri tərəfindən isə 337 vətəndaşın qəbulu həyata keçirilib.
Eyni zamanda, bölgələrdə keçirilən vətəndaş qəbulları zamanı qəbula yazılmayan, lakin qəbula gələn 232 vətəndaş da nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul edilib.
Cari ilin 6 ayında nazirliyin inzibati binasındakı qəbul otağına müraciət edənlərin sayı 14421 nəfər təşkil edib. Nazirliyin 142 - Çağrı mərkəzi tərəfindən isə 127 253 vətəndaş müraciəti cavablandırılıb.
Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.
Femida.az
Oxunub: 290
Oxşar xəbərlər
- “Feniks”dən sosial çarx: Qurban
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- Azərbaycan MN: "Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib"
- Sosial media istifadəçiləri Baş Prokurorluğa çağırılıb, bir nəfər inzibati həbs olunub
- İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək
- Zərərli vərdişlərin profilaktikasına dair sosial çarx çəkilib
- “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən sosial çarx çəkilib
- Stadnik sosial şəbəkədə Azərbaycan bayrağını silməsinə aydınlıq gətirib
- Aprelin 26-da bütün sosial yardımlar ödəniləcək