Çimərlikdə ÖLÜM - 3 yaşlı uşağı maşın vurdu


14:24     26 İyul 2019 19_07_26_1564136147.jpg

Xəzər rayonunun Mərdəkan qəsəbəsinin dəniz çimərliyində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, iyulun 25-də saat 17 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini G.Müslümova “KİA” markalı avtomobili arxaya hərəkət etdirərkən paytaxt sakini – 3 yaşlı Əliağa Mustafayevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 606