Bərdədə VAZ-ın vurduğu piyada hadisə yerində ölüb


20:02     29 İyul 2019 astarada-piyadan-vurub-ldrdlr_14.jpeg

Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyulun 28-də saat 21 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Türkmən kənd sakini V.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Xanərəb kənd sakini Fərmayıl Rüstəmovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 357