Hərbi gəmilərimiz “Dəniz kuboku-2019”a hazırdır


12:01     01 Avqust 2019 2019/08/mn_de-1564645000_1564646579.jpg

“Dəniz kuboku-2019” müsabiqəsində iştirak etmək üçün Bakıya gəlmiş Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının, İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin və Qazaxıstan Respublikasının Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinin heyətləri yarışlara hazırdır.


Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müsabiqə zamanı hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 330