Azərbaycanlı həkim axtarışa verildi - İnsan alverinə görə


20:23     01 Avqust 2019 2019/08/775241_1564676884.jpg

Gürcüstanda fəaliyyət göstərən "Lanset" klinikasının azərbaycanlı rəhbəri Fərman Ceyranlı axtarışa verilib.


Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat "İnterpol"un rəsmi saytında yerləşdirilib.

İxtisasca cərrah olan Fərman Ceyranlı qanunsuz orqan transplantasiyasında təqsirli bilinir.

Bu səbəbdən Azərbaycanın hüquq-mühafizə orqanları onu "İnterpol" xətti ilə axtarışa verib. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin də rəsmi saytında öz əksini tapıb.

"Ceyranlı Fərman Cahan oğlu - 03.12.1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmişdir. "İnterpol" kanalları ilə beynəlxalq axtarışdadır",- deyə rəsmi məlumatda qeyd olunur.

Qeyd edək ki, adıçəkilən şəxs iki il öncə Gürcüstanda "Lanset" klinikasında baş verən iki ölüm və digər qanunsuz əməllərə görə həbs edilib. Ona 6 il həbs cəzası verilib, ötən il isə cəzası 2 il 3 ayadək azaldılıb. Onun cəzası 2019-cu ilin avqustunda başa çatır.

Femida.az

Açar sözlər:

Oxunub: 432