Rusiya və ABŞ raket müqaviləsinə rəsmən xitam verib


15:52     02 Avqust 2019 2019/08/bb1d6f7f-9574-4795-bf8a-48f5198f28a8_1564746770.jpg


Rusiyanın Xarici İşlər Nazirliyi 8 dekabr 1987-ci il tarixində ABŞ və SSRİ arasında imzalanmış Orta və Qısa Mənzilli Raketlərin Ləğv Olunması Müqaviləsinin (OQMR) ABŞ-ın təşəbbüsü ilə avqustun 2-dən qüvvədən düşdüyünü rəsmən açıqlayıb.


Femida.az bu barədə TASS-a istinadən xəbər verir.

ABŞ-ın dövlət katibi Maykl Pompeo bu məsələ ilə bağlı “Twitter”də şərh yazıb: “Fevralın 2-də ABŞ OQMR-ə dair müqavilənin icrasına qayıtmaq üçün Rusiyaya 6 ay vaxt vermişdi. Rusiya bundan imtina etdi, odur ki, müqaviləyə bu gündən xitam verilir. Başqalarının pozduğu müqavilədə ABŞ iştirak edəcək deyil”.

Femida.az

Açar sözlər:

Oxunub: 295