Arvadını öldürən şəxs: "Peşman deyiləm"


16:22     02 Avqust 2019 19_08_02_1564748271.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirləndirilən Rövşən Dadaşovun məhkəməsi keçirilib.

Hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə elan edilən ittihama görə, R. Dadaşov arvadı A. Dadaşovanı yüngül həyat tərzi keçirdiyi üçün, başqa şəxslərlə görüşdüyü üçün dəmir parçası ilə qətlə yetirib.

O, arvadını azyaşlı uşaqlarının gözü qarşısında işgəncə verərək xüsusi amansızlıqla öldürüb. Təqsirləndirilən R.Dadaşov arvadını xüsusi amansızlıqla qətlə yetirmədiyini deyib: "Onu uşaqların gözü qabağında öldürməmişəm. Aidəni gedib bağçadan gətirib, evdə öldürmüşəm. Uşaqların heç nədən xəbəri olmayıb. Mən danmıram, arvadımı öldürmüşəm. Kişiyəm, namusumu təmizləmişəm. Peşman da deyiləm. Polisə də özüm məlumat vermişəm”.

Mərhum Aidə Dadaşovanın atası deyib ki, Rövşən heç vaxt işləmədiyi üçün ailəyə həm o kömək edib, həm də qızı işləyib: “Bu adamın dediklərinin hamısı yalandır”.

R.Dadaşovun qardaşı Amil Dadaşov deyib ki, telefonunda qızın ərəblərlə olan əxlaqsız şəkilləri, videoları var: “Barlarda diskotekalarda videoları var. Onların nəslinin hamısı xarabdır".

Şahid Təranə Kazımova deyib ki, Aidə Dadaşova ilə birlikdə gecə klubunda işləyib: “İşimiz gecədən səhərı qədər idi".

Qeyd edək ki, hadisə 2019-cu il yanvarın 11-də Nəsimi rayonunda baş verib. Masallı rayon sakini, 38 yaşlı Rövşən Dadaşov yaşadığı evdə həyat yoldaşı, 31 yaşlı Aidə Dadaşovanın başına küt alətlə vuraraq onu qətlə yetirib.

R.Dadaşov əvvəllər oğurluğa görə məhkum olunub. / qafqazinfo

Femida.az

Açar sözlər:

Oxunub: 493