Diqqət! - Bu yolda rənglənmə işləri aparılacaq


18:20     02 Avqust 2019 19_08_02_1564753279.jpg


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 02-03 avqust tarixlərində axşam saat 22 00-dan Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.



Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Femida.az-a bildirilib.

Agentlik bu səbəbdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Femida.az

Açar sözlər:

Oxunub: 315