Meksikada 2 minə yaxın sakin təxliyə olundu - Qaz sızmasına görə


13:34     03 Avqust 2019 2019/08/gas_030819_1564825037.jpg

Meksikanın Mexiko ştatında qaz sızması ilə əlaqədar sakinlərin təxliyəsi aparılıb.



Femida.az-ın məlumatına görə, bölgədən 2 minə yaxın sakin təxliyə edilib.

Prosesə hərbçilər də qatılıb. Qeyd olunur ki, sızma “Pemex” neft-qaz şirkətinə məxsus qaz kəmərinə qeyri-qanuni qoşulma səbəb ilə əlaqədar baş verib.

Qaz sızmasının fəsadlarının aradan qaldırılması, boru kəmərinin bərpası üzrə işlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 395