Bakıda qadının pulunu və telefonunu oğurlayan şəxs tutuldu


13:41     03 Avqust 2019 2019/08/c3c7049f-d489-4980-ba91-a9b03646f836_1564825350.jpg


Bakıda zor tətbiq edilməklə qadının 970 manat pulu və mobil telefonu oğurlanıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, paytaxt sakini olan həmin şəxs Xəzər rayonunun Binə qəsəbəsində yeni yaradılan 3-cü Polis Bölməsinə müraciət edib. Adı açıqlanmayan qadın qəsəbə ərazisində naməlum şəxsin ondan zorla içərisində 970 manat pulu və mobil telefonu olan pulqabısını aldığını bildirib.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Binə sakini, əvvəllər məhkum olunmuş Qəzənfər Kişiyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 363