Dənizdə boğulan iki nəfərin həyatı xilas edilib


19:46     03 Avqust 2019 2019/08/74BB1CC0-ED2E-4A38-92CF-9F99E26FF848_1564847324.jpeg

Sumqayıtda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Femida.az-ın məlumatına görə, Sumqayıtın Corat qəsəbəsindəki çimərlik ərazidə 2 nəfər batmaq təhlükəsi ilə üzləşib.

Dərhal əraziyə cəlb edilən xilasedicilər tərəfindən həmin şəxslər xilas edilib.
Sudan çıxarılan şəxslərin 2001-ci il təvəllüdlü Babək Qəsəbov və 2003-cü il təvəllüdlü Samirə Kərimova olduğu müəyyənləşib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 590