Bakıda 136 məscid var


12:19     05 Avqust 2019 heyder_mescidi_2.jpg

Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 942 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 907-si İslam, 35-ü isə qeyri-islam (xristian – 24; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.


Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən Femida.az -a verilən məlumata görə, 2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb. Eyni zamanda, ölkə ərazisində 2250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir.

Bundan başqa, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.


Femida.az

Açar sözlər:

Oxunub: 379