DİN-dən əməliyyat – 59 nəfər saxlanıldı


12:53     05 Avqust 2019 2018/02/polis_yeni_1518511611.jpg

Həfəsonu respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 47 cinayətin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 464