Bakıda özəl şirkətin mühasibi işçilərin pulunu mənimsəyib - İDDİA


15:50     05 Avqust 2019 polis.jpg

Bakıda özəl şirkətin mühasibi işçilərin pulunu mənimsəməkdə ittiham olunur.

Femida.az/ın APA-ya istinadən verdiyi məlumatına görə, paytaxtın Nəsimi rayonunda yerləşən “SMPS” MMC-nin rəhbəri, Sabirabad rayon sakini Anar Hüseynov Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək, şirkətin mühasibinə işçilərə vermək üçün 4500 manat pul verdiyini, onun isə işçilərin maaşını mənimsədiyini bildirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 393