Dənizdə dalğanın hündürlüyü 7,5 metrə catır


21:46     05 Avqust 2019 19_08_05_1565027297.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində saat 20:00-a olan hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir, Sumqayıtda 22 м/s, Maştağada 38 m/s, Qum adasında 33m/s, Cilov adasında 24 m/s, Neft daşlarında 26 m/s-dək güclənib, dənizdə dalğanın hündürlüyü 7,5 metrə çatır.

Azərbaycanın rayonlarında küləyin sürəti, Neftçalada 33 m/s-dək güclənib.

Femida.az

Açar sözlər:

Oxunub: 452