UEFA "Qarabağ"a qarşı intizam işi açıb


12:49     06 Avqust 2019 uefa6.jpg


UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə keçirdiyi cavab matçına görə "Qarabağ"a qarşı intizam işi açıb.

Femida.az xəbər verir ki, buna səbəb iyulun 31-də "Dalğa Arena"da keçirilmiş qarşılaşmanın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsidir.

Bildirilib ki, bu məsələyə avqustun 22-də baxılacaq.

Qeyd edək ki, İrlandiyada rəqibi ilə heç-heçə (1:1) edən Ağdam təmsilçisi cavab matçında 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Ağdam təmsilçisi bu gün III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprdə APOEL-in qonağı olacaq. Cavab matçı bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Femida.az

Açar sözlər: #UEFA  

Oxunub: 437