Bakıda mağazadan 14 minlik telefon oğurlandı


15:47     06 Avqust 2019 2019/08/s-(1)_1565092606.jpg

Bakıda mağazadan qiyməti 14 min 432 manat olan mobil telefon oğurlanıb.



Femida.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 4-də rayon ərazisindəki mağazaların birindən 1800 manat və 14432 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Delili saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 325