Azərbaycan sərhədçiləri Gürcüstan vətəndaşını saxladı


09:27     08 Avqust 2019 iran%20serhed.jpg


Dövlət Sərhəd Xidməti (DSX) tərə­­findən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması tədbirləri davam etdirilir.


DSX-dən Femida.az-a verilən məlumata görə, avqustun 7-də Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xid­məti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində sax­lanılıb.

Fakt üzrə cinayət işi qaldırılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Femida.az

Açar sözlər: #DSX   #sərhəd  

Oxunub: 267