Polşada iğtişaş yaratmaq istəyən ermənilər saxlanıldılar


13:21     08 Avqust 2019 2019/08/776706_1565256240.jpg

Polşanın Krakov şəhərində mütəşəkkil cinayətkar qruplaşmanın tərkibində fəaliyyət göstərməkdə ittiham edilən 26 Rusiya vətəndaşı saxlanılıb.


Femida.az Trend-ə istinadən xəbər verir ki, həmin şəxslərdən 22 nəfəri Polşada qanunsuz yaşayan erməni və çeçen əsillidir.

Qeyd olunur ki, onlar bu həftənin əvvəlində Krakovda ticarət mərkəzinin önündə saxlanılıb. Onlar futbol azarkeşləri arasında iğtişaş yaratmağı planlaşdırırmış. Saxlanılanların avtomobillərində narkotik vasitələr və silah-sursat da aşkar edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 509