Azərbaycan tankçıları Çinə qalib gəlib


17:04     10 Avqust 2019 19_08_10_1565442375.jpg

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışmalarında Azərbaycan Çin Xalq Respublikasına qalib gəlib.

Moskva vilayətinin Alabino poliqonunda Tank yarışmalarının yarım final mərhələsində Azərbaycan nümayəndə heyəti yüksək nəticə göstərib.

Yüksək liqanın yarım final mərhələsində Azərbaycan Respublikasının rəqibləri Çin Xalq Respublikası, Qazaxıstan və Serbiya olub. Yüksək peşəkarlıq göstərən tankçılarımız döyüş texnikasını məharətlə idarə edərək hədəflərin 90%-ini vurub və maneləri ustalıqla keçiblər.

Polkovnik Sakit Verdiyevin "Report"un Rusiya bürosuna verdiyi məlumata görə, Azərbaycan komandasının göstərdiyi nəticə yüksəkdir: “Biz hər il hərbi oyunlarda iştirak edirik. İldən ilə nəticələrimizi analiz etsək uğurun göz qabağında olduğunu görmək olar. Bu il Azərbaycan tankçıları güçlü rəqiblərdən sayılan Çin Xalq Respulikasını bütün göstəricilərdə üstələdi.”

Ermənistanın iştirakı və Azərbaycana qarşı təxtibatı barədə məlumat verən polkovnik bildirib: “Bu yarışlarda biz Ermənistanı rəqib kimi görmürük, onlar adi mərhələni belə keçə bilmirlər. Onların işi sadəcə təxribat törətmək və iştirak etmək kimi bir illuziya yaratmaqdır”.

Qeyd edək ki, tankçılarımızın finala çıxması bütün göstəricilərin hakimlər tərəfindən hesablanmasında sonra məlum olacaq. Final oyunları isə avqust ayının 15-i baş tutacaq. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 381