Nazirin qəbul vaxtı dəyişdirilib


20:58     12 Avqust 2019 19_08_12_1565625566.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Tovuz rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı avqustun 16-dan avqustun 14-nə dəyişdirilib.
Nazirlikdən Femida.az -a verilən məlumata görə, həmin gün S.Babayev Tovuz rayon sakinlərini fərdi qaydada qəbul edəcək. Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə (sosial təminat növlərinə hüququn müəyyən edilməsi, əmək hüquqlarının müdafiəsi, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması və s.) aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.

Açar sözlər:

Oxunub: 428