Ukrayna müdafiə nazirinin müavini: “Xarkovda durum ağırdır"
13:39 17 Aprel 2022
“Gün ərzində Mariupola aviazərbələr endirilib, dəniz limanına hücumlar olub”.
Femida.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
“Silahlı Qüvvələrimiz güclü müdafiəni təmin edir. Mariupol Ukrayna üçün qalxandır. Bu şəhər Rusiya qoşunlarının daha irəli getməsinin qarşısını alır”, - o vurğulayıb.
Nazir müavininin sözlərinə görə, son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk istiqamətində qarşı tərəfin 10 hücumunu dəf edib: “Xarkovda durum ağırdır. Şəhərin bir hissəsi mühasirədə qalıb. Qarşı tərəfin şəhərə hücumları davam edir. Savaş Mariupolda ən böyük humanitar fəlakətlərdən birinə səbəb olub. Rusiya hərbçiləri dinc sakinləri hədəf alır, humanitar yardıma mane olurlar”.
Qeyd edək ki, Mariupolun meri daha əvvəl demişdi ki, müharibədən bəri şəhərdə 20 minə qədər dinc sakin həlak olub.
Oxunub: 402
Oxşar xəbərlər
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib
- Ukrayna hərbçiləri Rusiyanın yüksək rütbəli zabitlərini əsir götürüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Xarkovda 2 500 kv km-ə yaxın ərazini azad edib
- Ukrayna ordusu Kupyansk şəhərini azad edib
- Ukraynada müharibə zamanı həlak olan mülki şəxslərin sayı açıqlanıb