Azərbaycan ötən il Gürcüstana 246 milyon dollar investisiya qoyub
11:46 15 Avqust 2019
Azərbaycan 2018-ci ildə Gürcüstan iqtisadiyyatına 246,4 milyon ABŞ dolları məbləğində investisiya qoyub.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin dəqiqləşdirilmiş hesabatında bildirilir.
Sənəddə deyilir ki, ötən il də Azərbaycan Gürcüstanın əsas investoru olub və qonşu ölkəyə yatırılan birbaşa xarici investisiyalarda payımız 19,5% təşkil edib.
Gürcüstana ən çox investisiya qoyan II ölkə Niderland (208,4 milyon dollar), III ölkə isə Böyük Britaniya (178,8 milyon dollar) olub.
Qeyd edək ki, 2018-ci ildə Gürcüstan iqtisadiyyatına yatırılan sərmayələrin ümumi məbləği 1 265,2 milyon dollar təşkil edib ki. Bu, 2017-ci illə müqayisədə 35,5% azdır. / Report
Femida.az
Oxunub: 359
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)