Bakıda azylaşlı bacı-qardaş itkin düşüb - FOTO


11:03     16 Avqust 2019 2019/08/acef51a2-6e61-413a-ab70-ff6c3eb5cb87_1565939054.jpg


Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında yaşayan bacı və qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və itkin düşüblər.



Femida.az-ın xəbərinə görə, avqustun 15-də, günortadan sonra uşaqlar həyətdə oynayırmışlar. Həmin zaman onların anaları işdə olub.

Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edilib.

Uşaqları görənlərdən, onların harda olması barədə məlumatı olanlardan 055-904-99-99 nömrəsinə zəng etmələri xahiş olunur.

Femida.az

Açar sözlər: #itkin  

Oxunub: 361