Bakıda gənc qız və oğlan itkin düşüb


09:36     28 İyul 2022 22_07_28_1658986624.jpg

Bakıda gənc qız və oğlan itkin düşüb.

Femida.az-IN
məlumata görə, iyulun 25-də 2006-cı il təvəllüdlü Həsənova Sevinc Habil qızı yaşadığı paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən evlərindən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan başqa, eyni gündə 2006-cı il təvəllüdlü Sadiqi Namiq Məmməd oğlu yaşadığı Xətai rayonu, Levonovski küçəsində yerləşən evlərindən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Şöbəsində və Xətai RPİ-in 37-ci Polis Bölməsində araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 338