Bakıda taxta bazarında yanğın söndürülüb
19:56 22 Avqust 2019
Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın söndürülüb.
Femida.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.
Onun sözlərinə görə, yanğın üç saatdan çox davam edib: "Yanğının sahəsi, təxminən, 1500 kvardratmetrdən artıqdır. Yanğının söndürülməsinə 32 texnika, 250-dən artıq canlı qüvvə cəlb olunub".
Nazir müavini bildirib ki, bazardakı yanğın zamanı ciddi xəsarət alan olmayıb: "Yanğın barədə məlumat daxil olan kimi, dərhal yanğın bölmələri hadisə yerinə cəlb olunub. Buraya yaxın ərazidə yanğından mühafizə bölmələrimiz var. Ona görə də əməkdaşlarımız hadisə yerinə vaxtında çatıblar. Burada əsas məsələ suyun çatışmazlığı olub. Biz suyu öncədən daşıma yolu ilə əldə etdik. Yanğın tam söndürülüb. Yayılma təhlükəsi yoxdur".
Femida.az
Oxunub: 599
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb