Balıq tutan şəxs göldə batdı


17:17     23 Avqust 2019 19_08_23_1566564474.jpg

Bərədə balıq tutan şəxs bədbəxt hadisə nəticəsində ölüb.


Femida.az-ın məlumatına görə, hadisə avqustun 22-də saat 19:50 radələrində Bərdə rayonu Zümürxan kəndi ərazisində qeydə alınıb. Zümürxan kənd sakini, Zahir Sadıqov kənd ərazisində yerləşən göldə balıq tutarkən ürək tutmasından suya yıxılıb. Nəticədə o suda boğularaq ölüb. Onun meyiti kənd sakinləri tərəfindən aşkar edilərək sudan çıxarılıb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 410