Göyçaylı kişidən 80 kq narkotik götürüldü


11:43     28 Avqust 2019 19_08_28_1566978200.jpg


Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və onların kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini 48 yaşlı Sahil Abdullayev saxlanılıb.


Bununla bağlı DİN Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Onun yaşadığı evə və həyətyanı sahəsinə də baxış keçirilib. Oradan ümumi çəkisi 80 kq-dan artıq olan, xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 24 ədəd çətənə bitkisi və 1 kq 50 qr narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #narkotik  

Oxunub: 404