Azərbaycan – Bolqarıstan görüşünün vaxtı açıqlandı


12:04     30 Avqust 2019 2019/08/nn_1567152312.jpg

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 final mərhələsində Bolqarıstanla keçirəcəyi oyunun başlama saatı müəyyənləşib.


Femida.az xəbər verir ki, görüş sentyabrın 1-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Lasso Pappa adına İdman Arenasındakı oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Həmçinin Hollandiya - Yunanıstan görüşü də Budapeştdə keçiriləcək.

1/8 finalın təqvimi
1 sentyabr
17:30. Rusiya – Belçika
18:00. Hollandiya - Yunanıstan
18:00. Serbiya - Rumıniya
20:00. Almaniya – Sloveniya
20:00. İtaliya – Slovakiya
20:30. Azərbaycan - Bolqarıstan
20:30. Türkiyə - Xorvatiya
22:30. Polşa – İspaniya

Femida.az

Açar sözlər:

Oxunub: 369