Azərbaycandakı bankların xalis mənfəəti kəskin artıb


17:41     30 Avqust 2019 bank18iyul.jpg

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən banklar 406,2 mln. manat xalis mənfəət əldə ediblər.



Femida.az-ın Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12,6 dəfə artıb. Belə ki, ötən ilin ilk yeddi ayında ölkədəki bankların xalis mənfəəti cəmi 32,3 mln. manat təşkil edib.

İyulun 31-nə bankların əməliyyat mənfəəti 13,9% (57,7 mln. manat) artaraq 472,4 mln. manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10,7%, kreditlər üzrə faiz gəlirləri isə 14,2% artıb.

Femida.az

Açar sözlər:

Oxunub: 440