"Twitter" təsisçisinin hesabını qırdılar


09:32     31 Avqust 2019 2019/08/ec0a2e87-86f5-494f-88bb-68875ce09114_1567229229.jpg

"Twitter"in təsisçisi Cek Dorsinin sosial şəbəkədəki "account"u naməlum şəxslər tərəfindən "qırılıb".


Bu barədə "Twitter"in kommunikasiyalar üzrə komandası məlumat yayıb.

"Biz bilirik ki, Cekanın hesabı "qırılıb" və nə baş verdiyini aydınlaşdırırıq", - deyə məlumatda qeyd olunur.

Şirkətin mətbuat xidmətinin sonradan yaydığı məlumata görə, baş direktor Cek Dorsinin "Twitter" hesabı üzərində nəzarəti bərpa olunub və onun hesabının təhlükəsizliyi təmin edilib.

Femida.az

Açar sözlər: #Twitter  

Oxunub: 480