Bakı sakini naməlum şəraitdə bıçaqlanıb


11:21     01 Sentyabr 2019 metro%20bicaq4.jpg

Bakıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, Sabunçu rayonunun Balaxanı qəsəbəsində 1977-ci il təvəllüdlü Həsənov Ələsgər Zahid oğlu naməlum şəraitdə bıçaqlanıb.

Tanımadığı şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilən yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 333