Yasamalda təhlükəli ağaclar kəsilir - Fotolar


14:52     02 Sentyabr 2019 19_09_02_1567421053.jpg

Avqustun 1-də saat 9:00-dan başlayaraq axşam 21:00-dək Yasamal rayonunun bir çox ərazilərində, o cümlədən Hüseyn Cavid prospektində, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, Ayna Sultanova, Məmməd Rahim, Haqverdiyev küçələrində uzun illər ərzində quruyaraq insan həyatı, ümumiyyətlə ətraf mühitə təhlükə törədən ağacların və ağacların qurumuş budaqlarının kəsilməsi, budanmış tullantıların ərazidən daşınması və həmin ərazilərin təmizlənməsi işlərinə başlanılıb.


Femida.az xəbər verir ki, budanma, daşınma və təmizlik işlərinə Yasamal rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin və Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin çoxsaylı işçi qüvvəsi cəlb olunaraq hər an aşma təhlküəsi olan qurumuş ağaclar kəsilərək ərazidən daşınıb və onların tullantılarından ərazilərin təmizlənməsi təmin edilib.

Yasamal rayonunun digər küçə və prospektlərində də ətraf mühitə təhlükə törədən ağacların və ağacların qurumuş budaqlarının kəsilməsi, budanmış tullantıların ərazidən daşınması və həmin ərazilərin təmizlənməsi işləri mərhələli şəkildə davam etdirilir. Kəsilmiş ağacın yerində payız mövsümündə yeni ağaclar əkiləcəyi nəzərdə tutulub.



Açar sözlər:

Oxunub: 492