Azərbaycan uşaq ədəbiyyatında biabırçılıq – FOTO


15:00     02 Sentyabr 2019 2019/09/11f_1567421659.jpg

Son günlər mətbuatda dərslik və uşaq ədəbiyyatında əndazədən kənar ifadələr, səhvlər barədə tez-tez yazılır. Əksər mütəxəssislər erotik, mentalitetimizə zidd səhnələrin azyaşlılara mənfi təsir edəcəyindən narazıdır.



Femida.az xəbərə görə, uşaq ədəbiyyatı ilə bağlı sosial şəbəkədə müzakirə olunan növbəti neqativ səhnəni təqdim edir.

Söhbət azyaşlılar üçün nəzərdə tutulmuş Gülzar Nənənin (Gülzar İbrahimova) "İlanlı dərənin sirri" kitabından gedir. Kitabdakı eyni adlı nağıldakı səhnələrdən biri uşaq psixikasına yanlış təsiri göz önündədir. Belə ki, nağılda gözəl qadın öz ögey oğlunun yatağına girir. Oğlan yorğanını qaldıranda analığını öz yatağında lüt görür. İnsest elementləri olan bu kimi səhnə peşəkar ədəbiyyatda normal səhnə kimi qiymətləndirilə bilər. Lakin uşaq ədəbiyatı, uşaq nağılları adından da göründüyü kimi azyaşlılara hesablandığından, bu tip açıq səhnələrin balacaların düşüncəsinə mənfi təsirsiz ötüşməyəcəyi aydındır. Nümunə kimi "İlanlı dərənin sirri" nağılından kiçik parça təqdim edirik:



"Oğlan darvazanı bağlayıb qayıdana qədər gördü ki, yorğan-döşək salınıb. Fikirləşdi ki, elə paltarlı-paltarlı yatsın, birdən gecə üst-başı açılar, analığından ayıb olar. Təkcə çarığını çıxartdı. Yorğanı qaldırdı ki, altına girsin, nə görsə yaxşıdı? Analığı anadan necə doğulmuşdusa, eləcənə lümbələm-lüt uzanmışdı onun yatağına. Qapqara qıvrım saçlarını da açıb balışın üstünə səpələmişdi. Özü də elə gözəldi, elə gözəldi ki, elə bil mələkdi. Ay işığı onun ağ bədənini, qapqara saçlarını, alışıb-yanan gözlərini elə şəfəqləndirmişdi ki, elə bil burda insan yox, sehrli bir mələk uzanmışdı. Bir anlıq ərgən oğlanın – yəni evlənmək vaxtı çatmış oğlanın ağlı başından çıxsa, da o tez özünü yığışdırdı".

Qeyd edək ki, bu səhnə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı olaraq pislənib.





Femida.az

Açar sözlər:

Oxunub: 778