Əfv Məsələləri Komissiyasının yeni tərkibi müəyyənləşib


19:06     02 Sentyabr 2019 19_09_02_1567436879.jpg

Prezident yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibi müəyyənləşib.

Femida.az -ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamının 1-ci hissəsində dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvləri sırasından Ramil Usubovun adı Daxili işlər naziri Vilayət Eyvazov və Mədət Quliyevin adı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev sözləri ilə əvəz edilib.

Açar sözlər:

Oxunub: 558