Azərbaycanlı sükan arxasında yatdığı üçün öldü - Belarusda


18:27     03 Sentyabr 2019 19_09_03_1567512745.jpg

Belarusun Smoleviç rayonunda 54 yaşlı azərbaycanlının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "BelTA" Belarus Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyi İdarəsinə istinadən yazır.

Belə ki, sentyabrın 2-si, saat təqribən 05:30-da Sloboda şəhərinin yaxınlığında Minsk istiqamətində gedən "Peugeot 307" avtomobili yoldan çıxaraq aşıb.

İlkin məlumata əsasən, Azərbaycan vətəndaşı olan sürücü sükan arxasında yuxuya gedib.

Həmin şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib.

Açar sözlər:

Oxunub: 427