Bakıda "simsiz rabitə” xidmətinin göstərilməsində fasilələr yaranacaq


20:42     04 Sentyabr 2019 19_09_04_1567612088.jpg

Bu gecə saat 02:00-06:00 arası LTE texnologiyası əsasında təmin olunan “simsiz rabitə” şəbəkəsində yenidənqurma və profilaktik tədbirlər həyata keçiriləcək.

"Baktelecom" MMC-dən Femida.az-a verilən məlumata görə, bununla əlaqədar şəbəkənin əhatə dairəsinə daxil olan bütün ərazilərdə müvafiq xidmətin göstərilməsində fasilələr qeydə alınacaq.

Profilaktik tədbirlər başa çatdıqdan sonra şəbəkənin fəaliyyəti bərpa ediləcək.

Açar sözlər:

Oxunub: 419