Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb


13:33     07 Sentyabr 2019 19_09_07_1567844818.jpg

Bakıda mağazadan oğurluq olub.



Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 960 manat pul oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini R.Dadaşzadə və Sabirabad rayon sakini T.Hüseynova saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə R.Dadaşzadənin daha bir avtomobildən 1200 manat pul oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 374