Bakıda intihara cəhdin qarşısı alınıb


19:21     08 Sentyabr 2019 intihar.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Nazirlikdən Femida.az -a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilə daxil olaraq intihara cəhdin qarşısını alıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 474