Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı +VİDEO
09:42 09 Sentyabr 2019
Mərhum pilot Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapılıb.
Femida.az Xəzər TV-yə istinadən xəbər verir ki, qardaşı Nicat Atakişiyev məzarı ziyarət edən zaman üzərində məktub olduğunu görüb. Məktubu oxuyanda çox təsirləndiyini deyən Nicat Atakişiyev orada yazılanları Xəzər Xəbərlə bölüşüb.
Mərhum hərbi pilot Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapılıb.
Şəhidin qardaşı Nicat Atakişiyev qardaşının məzarını ziyarət edərkən qəbrin üzərində məktub olduğunu görüb. Nicat Atakişiyev şəhidimizə olan sevgi və hörmətin əks olunduğu bu məktubu oxuyanda çox təsirləndiyini deyib.
"Tanıyan, tanımayan nə çox sevənin varmış komandir. Mən səni qəzaya düşməmişdən əvvəl tanımayanlardan biriyəm. Şəhid düşmə xəbərini aldığım anda bircə kəlmə deyə bilmədim.
Son nəfəsimə qədər səni anacam. Ruhun şad olsun!" deyə məktubda qeyd olunub.
Nicat Atakişiyev tapdığı məktubu sosial şəbəkələrdə də paylaşıb.
Xatırladaq ki, şəhid Rəşad Atakişiyevin idarə etdiyi hərbi təyyarə iyulun 24-də, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb.
Oxunub: 987
Oxşar xəbərlər
- Rəşad Dağlıya cəza verildi
- Rəşad Nəbiyev qadınlar haqqında yazdı
- Rəşadət Babayev işdən çıxarılıb
- Rəşad Atakişiyevin 40 mərasimi keçirilir - FOTO
- Rəşad Atakişiyev niyə kataplut etməyib? - MİQ-29 qəzası ilə bağlı vacib detal
- Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb - FOTO
- Rəşad Tağıyev qəbul keçirəcək
- Rəşad Babayev “Qırmızı Körpü”nün rəisi işləməyib - Rəsmi açıqlama
- Rəşad İlyasov və Rüfət Axundovun məhkəməsində QƏRAR VERİLDİ
- Rəşadla Rüfət məhkəməyə gəlmədi