Rəşad Dağlıya cəza verildi
18:47 20 Aprel 2021
Tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov Rəşad Vaqif oğlu) növbəti dəfə karantini pozub.
Femida.az xəbərinə görə, aprelin 19-da Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Quba city" restoranında məclis təşkil edildiyi aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, məclisdə meyxanaçı Rəşad Dağlı da iştirak edib.
Rəşad Dağlı və onun dostları karantin qaydalarını pozduqları üçün ümumilikdə 82 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Qeyd edək ki, Rəşda Dağlı ötən ilin avqust ayında da karantin qaydalarını pozduğu üçün cərimələnmişdi. O, avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat etmiş meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində iştirak etmişdi.
Oxunub: 1091
Oxşar xəbərlər
- Rəşad Nəbiyev qadınlar haqqında yazdı
- Rəşadət Babayev işdən çıxarılıb
- Rəşad Atakişiyevin 40 mərasimi keçirilir - FOTO
- Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı +VİDEO
- Rəşad Atakişiyev niyə kataplut etməyib? - MİQ-29 qəzası ilə bağlı vacib detal
- Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb - FOTO
- Rəşad Tağıyev qəbul keçirəcək
- Rəşad Babayev “Qırmızı Körpü”nün rəisi işləməyib - Rəsmi açıqlama
- Rəşad İlyasov və Rüfət Axundovun məhkəməsində QƏRAR VERİLDİ
- Rəşadla Rüfət məhkəməyə gəlmədi