Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb


17:14     09 Sentyabr 2019 boks-azerbaycan-4.jpg

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatına start verilib.

Femida.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

Mundialda debüt edən Amin Kuşkov mübarizəyə 1/32 final mərhələsindən başlayıb. O, türkmənistanlı Nursahat Pazziyevlə qarşılaşıb. Döyüş Kuşkovun 4:1 (30:26, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

O, növbəti mərhələdə ilk qarşılaşmadan azad olan rusiyalı Qleb Bakşi ilə döyüşəcək. Görüş sentyabrın 14-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisinin üzvlərindən sentyabrın 10-da rinqə çıxan olmayacaq. Yarışın üçüncü günündə isə Tayfur Əliyev (57 kq) Tyaqo Punyo (İsveçrə) ilə qüvvəsini sınayacaq.

Açar sözlər:

Oxunub: 441