Daha bir körpə məsuliyyətsizliyin qurbanı oldu - Bakıda


15:36     10 Sentyabr 2019 19_09_10_1568115431.jpg


Bakıda dörd yaşlı körpə səkkizinci mərtəbənin pəncərəsindən yıxılıb.


Hadisə Sabunçu rayonunda baş verib və körpə vəfat edib.

Bu barədə Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

Məlum olub ki, Bakıxanov qəsəbəsində, 9 sentyabr saat 18:00 radələrində valideynlərin nəzarətindən yayınan 2015-ci il təvəllüdlü körpə yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 461