Qazaxda qumbara, alışdırıcı və mərmi tapılıb - FOTO

Qazaxda qumbara, alışdırıcı və mərmi tapılıb - FOTO


20:29     10 Sentyabr 2019 2019/09/F87A1AA8-25E1-4984-8AAB-4ADA26415C6E_4704399042.jpeg

Qazax rayonunda əl qumbarası, alışdırıcı və top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az -a verilən məlumata görə, sentyabrın 10-u 12:09-da Dövlət Sərhəd Xidmətindən (DSX) Agentliyə Qazax rayonunun Daşsalahlı və Kəmərli kəndləri ərazisində əl qumbrasının, alışdırıcının və mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş kəndlərin ərazisində otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Daşsalahı kəndi ərazisində 1 ədəd F-1 əl qumbarası və tərkibində heç bir partlayıcı maddə olmayan MVÇ-62 partladıcısı, Kəmərli kəndi ərazisində isə 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş hərbi təyinatlı əşyaların ətrafında 1 200 kv.m əraziyə yerüstü, 250 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.





Femida.az

Açar sözlər:

Oxunub: 271