Gözdən əlillər üçün Qurani-Kərim


18:47     13 Noyabr 2015 IMG-20151112-WA0002%20(1).jpg


Gözdən Əlillər Cəmiyyətinin Abşeron rayon şöbəsinə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim təqdim edilib.Bu barədə Femida.az -a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.


Noyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Respublika Gözdən Əlillər Cəmiyyətinin Abşeron rayon şöbəsinin müdiri Timur Balayevlə görüşüblər. Şöbənin əməkdaşları Timur Balayevə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim təqdim ediblər. Respublika Gözdən Əlillər Cəmiyyətinin Abşeron rayon şöbəsinin müdiri Timur Balayev göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu ilin iyul ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) ilə Qurani-Kərim çap edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 932