Bakıda keçmiş məhkumdan tapança götürülüb


10:20     13 Sentyabr 2019 tapanca%20gullelelemk.jpg

Bakı şəhəri, Sabunçu rayonunda keçmiş məhkumdan silah-sursat götürülüb.



Femida.az -ın xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 13-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tərdbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 181, 221 və 263-cü maddələri ilə məhkum olunmuş, 1961-ci il təvəllüdlü M.Əsgərov saxlanılıb.

Polis əməkdaşları onun üzərindən naqan tipli, nömrəsi silinmiş tapança, 2 ədəd patron aşkar edərək götürüblər.

Açar sözlər:

Oxunub: 366