32 yaşlı qadın azyaşlı qızı ilə birlikdə itkin düşüb -FOTOLAR


10:12     14 Sentyabr 2019 2019/09/f6c0fe77-0d85-4b36-bccb-15286600dd01_1568442172.jpg

Xaçmaz rayon sakini olan 32 yaşlı qadın azyaşlı qızı ilə birlikdə Qusarda itkin düşüb.



Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova cari ilin avqust ayının 25-də səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasının evinə gedəcəyini bildirərək evdən çıxıb və Qusar rayonunda itkin düşüb.

Rima Talıbovanın əlamətləri belədir: Boyu 160 sm., orta bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35, 070-850-65-28 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Açar sözlər:

Oxunub: 707